“Mançester Yunayted” PSJ-nin yarımmüdafiəçisi Xavi Simonsu heyətinə qatmaq niyyətindədi. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 21 yaşlı niderlandlı üçün 100 milyon avro ödəməyə hazırdı.

Bu isə “Bavariya”nın gənc oyunçu üçün təklif etdiyi məbləğdən 30 milyon avro çoxdu. Fransızlar isə Simonsun satılması ilə yanaşı, onu yenidən “Leyptsiq”ə icarəyə göndərmək variantını da nəzərdən keçirir.

Qeyd edək ki, Xavi Simons 2027-ci ilin yayına qədər PSJ-yə məxsusdu. Niderland millisinin üzvü ötən mövsümü icarə əsasında “Leyptsiq”in heyətində keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest