“Mançester Yunayted”lə “Bavariya” müdafiəçi Mattiys de Liqtin transferində razılığa gəlməyiblər. Matc.az xəbər verir ki, ingilislərin təklifi ilə almanların tələbi üst-üstə düşməyib.

“Qırmızı şeytanlar” bonuslarla birlikdə Niderland millisinin üzvü üçün 40 milyon avro ödəməyə hazırdı. Lakin Münhen təmsilçisi oyunçusunu 50 milyon avrodan ucuz qiymətə satmayacağını bəyan edib. “Bavariya”nın prezidenti Uli Hönes də daha əvvəl 24 yaşlı müdafiəçinin “Mançester Yunayted”ə keçmə ehtimalını etiraf etmişdi.

Qeyd edək ki, Mattiys de Liqt ötən mövsüm “Bavariya”nın heyətində 30 oyun keçirib, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Ulduz futbolçunun sözləşməsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest