24 İyul 2024, 17:26
FUTBOL
Çimərlik futbolu üzrə Azərbaycan millisi avqustun 1-dən 31-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Matc.az xəbər verir ki, millimiz hazırlıq prosesi çərçivəsində Belarus yığması ilə iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Görüşlər avqustun 26-da və 27-də, saat 18:00-da Su İdmanı Sarayının çimərlik meydançasında təşkil olunacaq.
Təlim-məşq toplanışına bu futbolçular çağırılıb:
Qapıçılar: Vaqif Şirinbəyov, Elçin Qasımov
Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Əbdül Əliyev, Kamil Hüseynov.