24 İyul 2024, 20:11
FUTBOL
Təlim-məşq toplanışını Türkiyədə davam etdirən “Araz-Naxçıvan” növbəti yoxlama oyunu keçirib.
Matc.az xəbər verir ki, Naxçıvan klubu Erzurumda Küveyt təmsilçisi “Al Arabi” ilə üz-üzə gəlib.
Qarşılaşmada qapılara qol vurulmayıb - 0:0.
Bununla da təlim-məşq toplanışını yekunlaşdıran “Araz-Naxçıvan” sabah – iyulun 25-də Bakıya dönəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” ilk yoxlama oyununda “Alanyaspor”la (1:1) heç-heçə edib.