Ölkələrin növbəti UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, Çempionlar Liqası və Konfrans Liqasında baş tutan oyunlardan sonra müəyyən yerdəyişmələr olub.

Norveç, Danimarka, Macarıstan, İsveç, Kosovo, Latviya, Şimali Makedoniya və Monteneqro irəliləyiblərsə, Avstriya, İsveçrə, Rusiya, Rumıniya, İrlandiya, Farer adaları, Finlandiya, İslandiya, Gürcüstan və Uels geriləyiblər.

Azərbaycan isə 25-ci pillədəki yerində qalıb. Klublarımız dünən avrokubok matçına çıxmadığından, xal ehtiyatını artırmaq mümkün olmayıb. Ölkəmiz cari mövsüm 0,500 xal, son 5 mövsümdə isə 17,250 xal toplayıb. İndi Azərbaycanı 24-cü sıradakı Slovakiyadan cəmi 0,250 xal ayırır.

UEFA reytinqinə 89,160 xalla İngiltərə başçılıq edir. İtaliya (79,106) ikinci, İspaniya (73,989) üçüncüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest