25 İyul 2024, 11:25
FUTBOL
Yay transfer dönəmini fəal keçirən “Neftçi” oyunçu axtarışlarını davam etdirir. Matc.az xəbər verir ki, Bakı klubunun 2 əcnəbi oyunçu ilə bağlı istəyi reallaşmayıb.
Yeni baş məşqçi Roman Qriqorçukun “Çernomorets”də rəhbərliyi altında çıxış edən ukraynalı Vladimir Salyuk ölkəsində qalmaq qərarına gəlib. 22 yaşlı müdafiəçi “Metallist 1925”ə keçib. “Metallist 1925”in 500 min avroluq təklifi odessalılar tərəfindən qəbul olunub.
Salyukdan fərqli olaraq, “Neftçi”nin “Trabzonspor”lu Murat Cem Akpınarı almaq şansı hələ də davam edir. Ancaq 25 yaşlı yarımmüdafiəçi “Trabzonspor”un Avropa Liqasının II təsnifat mərhələsində “Rujomberok”la (Slovakiya) oyunlar üçün iştirak ərizəsinə salınıb.