“Barselona” klubu “​​Barcelona Global” şirkəti ilə müqavilə imzaladığını açıqlayıb. Matc.az xəbər verir ki, sözləşmə 3 illik nəzərdə tutulub.

Əməkdaşlığın məqsədi Barselonanı beynəlxalq miqyasda tanıtmaq, şəhərin dünya reytinqlərindəki mövqeyini gücləndirmək, investorlar yaratmaq və istedadları cəlb etməkdi.

Bildirilir ki, əməkdaşlıq “Barselona”nın strateji layihələrinin həyata keçirilməsinə və brendin bütün dünyada mövcudluğuna töhfə verəcək, eyni zamanda klubun şəhərin inkişafına verdiyi töhfəni vurğulayacaq.

Razılaşmanın bir hissəsi olaraq “Barselona” şirkətin Müşahidə Şurasına tamhüquqlu üzv kimi inteqrasiya olunacaq və Baş Assambleyada iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest