"Sumqayıt" klubu avrokubok matçından öncə azarkeşlərinə müraciət edib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sumqayıt" - "Fehervar" matçına 8000 bilet satılıb. Matc.az xəbər verir ki, bu barədə məlumat klubun mətbuat xidməti tərəfindən yayılıb.

Bundan əlavə, klub avrokubok matçı ilə bağlı azarkeşlərinə müraciət edib: “Oyunun startına qədər bütün biletlərin satılacağı ehtimalı və yarana biləcək sıxlıq nəzərə alınaraq, arenanın giriş qapıları saat 18:00-da açılacaq. Həm kassa istiqamətindən, həm də "Bakı" restoranı istiqamətindən girişlər açıq olacaq. Sizdən xahiş edirik ki, yarana biləcək mümkün sıxlığın qarşısını almaq üçün qeyd olunan vaxtdan etibarən arenaya gəlib yerinizi tutasınız. Anlayışınız üçün təşəkkür edirik”.

Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" görüşü saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest