"Arsenal"ın futbolçusu Emil Smit-Rou komandadan ayrıla bilər. Matc.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə “Fulhem” yaxından maraqlanır.

Bu barədə “The Mirror” nəşri məlumat yayıb. Bildirilir ki, “Fulhem” rəhbərliyi bu transferin baş tutması üçün 35 milyon funt-sterlinq xərcləməyə hazırdı. Bu isə klub tarixində rekord transfer məbləği kimi yadda qalacaq.

Qeyd edək ki, “Arsenal”ın yetirməsi olan Smit-Rounun klubla 2026-cı ilin yayınadək müqaviləsi var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest