25 İyul 2024, 18:25
FUTBOL
“Qalatasaray” yeni mövsüm üçün axtardığı sağ cinah oyunçusunu Danimarkada tapıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İstanbul təmsilçisi “Kopenhagen”dən Eliyas Jalertin transferini açıqlayıb. 21 yaşlı cinah müdafiəçisi ilə 4 illik müqavilə bağlanacaq.
Qeyd edək ki, Elias Jalert 2021-ci ildən “Kopenhagen”də çıxış edir. O, 21-i Çempionlar Liqası və Konfrans Liqası olmaqla, Danimarka klubunda 97 rəsmi oyuna çıxıb.