25 İyul 2024, 19:14
FUTBOL
Yeni mövsüm hazırlıqlarını davam etdirən “Kəpəz” sabah sonuncu yoxlama oyununu keçirəcək.
Matc.az xəbər verir ki, “sarı-göylər” Gəncədə “Pelikan” ilə qarşılaşacaqlar. Matç saat 17:30-da başlayacaq.
Xatırladaq ki, “Kəpəz” bundan əvvəl “Turan Tovuz”a (0:4), “Şamaxı”ya (1:2) uduzub. Gəncə təmsilçisi Küveytin “Əl Yarmuk” komandasına isə 2:1 hesabıyla qalib gəlib.









_1765739479.jpeg)


