25 İyul 2024, 19:30
FUTBOL
“Səbail” heyətini israilli yarımmüdafiəçi ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda Gitay Sofirlə 1 illik müqavilə imzalayıb. “Dənizçilər” 24 yaşlı yarımmüdafiəçini İsrailin “Hapoel Akko” klubundan transfer edib.
Sofir “Səbail”də 5 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Səbail” Azərbaycan Premyer Liqasının ilk turunda avqustun 4-də “Zirə”nin qonağı olacaq.









_1765739479.jpeg)


