Hans-Diter Flik “Barselona”nın baş məşqçisi kimi İspaniya La Liqasında debüt edib.
Matc.az xəbər verir ki, alman mütəxəssis üçün ilk rəsmi oyun nəticə baxımından uğurlu alınıb. Komandası səfərdə "Valensiya"nı məğlub edib.
Kataloniya klubunun start heyətində meydana üç 17 yaşlı futbolçu çıxıb: Kubarsi, Kasado və Yamal. İlk hissənin sonlarına yaxın komandalar qol hesabını açıblar. Əvvəlcə Duronun qolu ilə “Valensiya” önə keçib. Bir neçə dəqiqə sonra isə Levandovski Yamalın ötürməsindən yararlanaraq bərabərliyi bərpa edib.
İkinci hissənin əvvəlində Levandovski dubla imza atıb. Polşalı futbolçu Mamardaşvilini penaltidən üstələyib və kataloniyalıları önə çıxarıb. Qarşılaşmada başqa qol olmayıb və “Barselona” mövsümün ilk oyununda 3 xal qazanıb.
“Valensiya” – “Barselona” - 1:2
Qollar: Duro 44 // Levandovski 45+5, 48, (pen)