“Real”ın baş məşqçisi Karlo Ançelotti futbolçuları çox yükləməmək üçün problemi necə həll edəcəyini açıqlayıb.

Avropa nəhənglərinin bir çox oyunçuları həddindən artıq sıx qrafikdən dəfələrlə şikayətləniblər. Onların çempionatlar, kuboklar və avrokuboklarının oyunlarını planlaşdırılır, həmçinin vaxtaşırı milli komandaların oyunları da əlavə edilir. Yay mövsümündə isə hər kəsin istirahət etmək imkanı olmur, çünki futbolçuları müxtəlif turnirlər gözləyə bilər. Beləliklə, bir mövsüm ərzində bir futbolçu 50-dən çox oyunda iştirak edə bilər.

Matc.az xəbər verir ki, “Real”ın baş məşqçisi Karlo Ançelotti futbolçuları çox yükləməmək üçün problemi necə həll edəcəyini açıqlayıb. Madrid klubu milli komandada oynadıqdan sonra futbolçulara istirahət etmək imkanı vermək qərarına gəlib.

“2025/26 mövsümü haqqında düşünmürük, çünki avrokuboklara görə bizim üçün mövsüm daha erkən başlaya bilər. Oyunçuların istirahətə və tətilə ehtiyacı var. Biz futbolçular üçün fərdi tətillər haqqında düşünürük.

Futbolçu bir həftə oynadıqdan sonra ailəsi ilə tətilə gedə bilmir, xüsusən də bu, öz milli komandalarında oynayanlara ayiddir. Çox az istirahət edirlər.

Məsələn, Vinisius Braziliya millisinə iki oyuna getsə, qayıdandan sonra 4-5 gün istirahət edəcək. Bu o demək deyil ki, o, növbəti oyunda oynamayacaq, bu o deməkdir ki, o, məşqlərdə iştirak etməyəcək. Yeganə çıxış yolu budur. O, həmin günlərdə istədiyini edə bilər və biz də bunun üçün şərait yaradacağıq”, - deyə Ançelotti açıqlama verib.

Xatırladaq ki, “Real” bu gün La Liqada ilk matçında “Malyorka”nın qonağı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest