“Mançester Siti” 28 yaşlı yarımmüdafiəçi Rodrini komandada saxlmaq üçün maaşını iki dəfə artırmaq niyyətindədir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “Mirror” paylaşıb.
Bildirilir ki, Mançester klubu ispan yarımmüdafiəçiyə həftəlik 375 min funt-sterlinq (440 min avro) ödəməyə hazırdır. Beləliklə, Rodri komanda yoldaşları Erlinq Haaland və Kevin De Bruyne ilə birlikdə klubunun və İngiltərə çempionatının ən yüksək maaşlı oyunçularından birinə çevrilə bilər.
“Mançester Siti”nin Rodrinin maaşını artırmaq istəməsinin səbəblərindən biri də, “Real”ın onunla maraqlanmasıdır.
Qeyd edək ki, 28 yaşlı futbolçu İspaniya millisinin heyətində qalib gəldiyi AVRO-2024-ün ən yaxşı futbolçusu olub. Rodrinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 130 milyon avrodur.