Transfer pəncərəsi bağlanmağa yaxınlaşır, lakin Səudiyyə klubları etdikləri inanılmaz təkliflərlə diqqət mərkəzinə düşməyə davam edir.
Matc.az xəbər verir ki, Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubu mərkəz müdafiəçisi Eder Militaonun transferi üçün “Real”a 100 milyon avro təklif edib.
“Kral klubu” təklifi rədd etmək qərarına gəlib. Ötən mövsümün çox hissəsini zədə səbəbindən buraxmasına baxmayaraq, Militao hələ də komandanın müdafiəsinin vacib hissəsi hesab olunur.
Bu təklif sonuncu olmaya bilər, çünki səudiyyəlilər 26 yaşlı braziliyalının transferi üçün Madrid klubuna daha da əlverişli şərtlər təklif etməyə hazırdır.
Qeyd edək ki, Ötən mövsüm çarpaz bağın yırtılması səbəbindən Militao Madrid klubunda cəmi 13 oyun keçirib. Onun “Real” ilə hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 60 milyon avrodur.