“Real” İspaniya La Liqasının I turunda “Malyorka” ilə səfərdə qollu heç-heçə (1:1) edib. Matfc.az xəbər verir ki, madridlilər bununla 20-ci dəfə mövsümə bərabərliklə başlayıb.

“Kral klubu” əvvəlki 19 heç-heçəli startın yalnız 5-də mövsümü çempion kimi başa vurub. Bu, 1931-32, 1985-86, 1988-89, 1996-97 və 2006-07 mövsümlərinə təsadüf edib.

Qeyd edək ki, “Real” növbəti tur çərçivəsində avqustun 25-də “Valyadolid”i qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest