İngiltərə Premyer Liqasının I turunda “Çelsi” ilə səfər oyunu “Mançester Siti”nin hücumçusu Erlinq Haland üçün əlamətdar olub. Matc.az xəbər verir ki, norveçli futbolçu “şəhərlilər”in heyətində 100-cü görüşünə çıxıb.
Forvard yubiley qarşılaşmasında komandasının 2:0 hesablı qələbəsinə hesabı açmaqla töhfə verib. Halan geridə qalan 100 matçda 91 qol vurub, 15 məhsuldar ötürmə verib.
“Mançester Siti” isə Premyer Liqanın son 14 mövsümünün 13-nə qələbə ilə başlayıb. Komanda 2011-12 mövsümündən bəri ilk turda keçirdiyi 14 görüşdən 13-də aktivinə 3 xal yazdırıb. Premyer Liqa çempionu yalnız 2021-22 mövsümündə bu seriyanı davam etdirə bilməyib. Həmin vaxt komanda “Tottenhem”ə 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, “Mançester Siti” II tur çərçivəsində avqustun 24-də “İpsviç”i qəbul edəcək.