Coy Lens Mikels Azərbaycan çempionatlarında 30-cu qolunu vurub. Matc.az xəbər verir ki, “Sabah”ın hücumçusunun yubileyi Premyer Liqanın III turuna təsadüf edib. 30 yaşlı almaniyalı forvard “Neftçi” ilə səfər görüşündə (2:0) fərqlənib.

Coy Lens Mikels Azərbaycan çempionatlarında 30-cu qolunu vurub. Matc.az xəbər verir ki, “Sabah”ın hücumçusunun yubileyi Premyer Liqanın III turuna təsadüf edib.

30 yaşlı almaniyalı forvard “Neftçi” ilə səfər görüşündə (2:0) fərqlənib. “Sabah”ın Premyer Liqada ən yaxşı bombardiri olan Coy Lens bütün qollarını Bakı klubunun heyətində vurub. O, “30”a 64-cü oyununda çatıb.

Mikels Azərbaycan çempionatları tarixində 30 və daha çox qola imza atan 101-ci futbolçudu. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemonla 98-101-ci yerləri bölüşür.

Qeyd edək ki, almaniyalı hücumçunun Premyer Liqadakı ilk qolu 2021-22 mövsümünə təsadüf edib. O, 2021-ci il oktyabrın 31-də “Qəbələ” ilə səfər matçında (3:1) fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest