19 Avqust 2024, 15:18
FUTBOL
"İnter"in qapıçısı Yan Zommer yığma karyerasını bitirib. Matc.az xəbər verir ki, o, İsveçrə millisindəki karyerasını başa çatdırıb.
35 yaşlı qolkiper millidə olduğu müddətdə ona dəstək olan komanda yoldaşlarına, məşqçilər heyətinə, azarkeşlərə və ailəsinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Zommer 2012-ci ildən İsveçrə yığmasının şərəfini qoruyurdu. O, milli 94 oyun keçirib və 92 qol buraxıb.