20 Avqust 2024, 00:52
FUTBOL
“Qarabağ”ın kapitanı Abdullah Zubir Çempionlar Liqası pley-off mərhələsinin “Dinamo” ilə ilk oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.
“Qarabağ”ın kapitanı Abdullah Zubir Çempionlar Liqası pley-off mərhələsinin “Dinamo” ilə ilk oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, fransalı yarımmüdafiəçi hədəflərinin qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu bildirib:
“Zaqrebdə olduğum üçün çox şadam. Oyuna hazırıq. İlk mərhələdən hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi. Sabah pley-offun ilk oyunudur. Əlimizdən gələni edəcəyik ki, şansdan yararlanaq”
Qeyd edək ki, “Dinamo” – “Qarabağ” qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da start götürəcək.