20 Avqust 2024, 11:27
FUTBOL
UEFA Çempionlar Liqasında çıxışını davam etdirən "Qarabağ" avrokuboklarda rekordu təkrarlayıb. Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumat yayıb.
Bildirilib ki, “köhlən atlılar” avrokuboklarda bir oyunun əlavə vaxtında 4 qol vuran 5 komandadan biri olublar. Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanda "Ludoqorets"ə qalib gəldiyi (7:2) matçın əlavə vaxtında rəqib qapısına daha 4 qol vurmuşdu.
“Qarabağ”a qədər Almaniyanın “Ştutqart” (1973/74), Fransanın "Lans" (1977/78), Kiprin "Omoniya" (2016/17) və Belarusun “Dinamo” (2018/19) klubları avrokuboklarda analoji göstəriciyə imza atmışdılar.