20 Avqust 2024, 12:28
FUTBOL
"Atletiko"nun hücumçusu Joao Feliks karyerasını İngiltərədə davam etdirəcək. Matc.az xəbər verir ki, portuqaliyalı futbolçu "Çelsi" ilə razılığa gəlib.
Bu barədə məlumatı insayder Fabrizio Romano yayıb. Klublar arasında da 24 yaşlı futbolçunun transferi ilə bağlı razılıq əldə olunub. Felikslə 6+1 illik müqavilənin imzalanacağı qeyd olunub.
Təcrübəli futbolçu iki gün ərzində "Çelsi"də tibbi müayinədən keçəcək.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Barselona"da keçirən Feliks bundan öncə eyni qaydada “Çelsi”nin uğurları üçün çalışıb.