20 Avqust 2024, 12:42
FUTBOL
2023-cü ildən Konqo millisinə dəvət alan Domi yığmada 3 oyun keçirib.
I Liqada çıxış edəcək “Qəbələ” heyətini gücləndirib. Matc.az xəbər verir ki, “qırmızı-qaralar” Domi Jaures Massoumo ilə anlaşıblar.
Konqo milli komandasının yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
21 yaşlı futbolçu bunadək vətənində “Otoho d'Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb.
Qeyd edək ki, 2023-cü ildən Konqo millisinə dəvət alan Domi yığmada 3 oyun keçirib.