Azərbaycan millisinin sabiq futbolçusu Sərhat Taşdəmir özünə yeni komanda tapıb. Matc.az xəbər verir ki, o, karyerasını Türkiyənin II Liqasında davam etdirəcək.

Belə ki, son olaraq “Kocaelispor”un formasını geyinmiş 24 yaşlı oyunçu "Kırklarelispor" klubu ilə müqaviləyə qol çəkib.

Qeyd edək ki, Sərhat Taşdəmir 2019-cu ildə Azərbaycanın U-19 millisinin şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest