"Qalatasaray" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Yanq Boyz" ilə səfərdə keçirəcəyi oyuna itki ilə çıxacaq. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Avqustun 21-də baş tutacaq qarşılaşmada “cim-bom” Barış Alper Yılmazın xidmətindən yararlana bilməyəcək. 24 yaşlı yarımmüdafiəçinin səhhətində problem yaranıb. Qida zəhərlənməsi diaqnozu qoyulan Barış bu səbəbdən kollektivlə birlikdə səfərə yollana bilməyib.

Qeyd edək ki, "Yanq Boyz" - "Qalatasaray" matçı Bakı vaxtı ilə sabah saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest