“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska klubundan ayrılmaq istəmir. Matc.az xəbər verir ki, ulduz futbolçu yalnız bir şərtlə münhenliləri tərk etməyə razılıq verər.

Belə ki, o, “Bavariya”nı cəmi 3 kluba – “Barselona”, “​​Liverpul” və “Real”a dəyişə biləcəyini rəhbərliyə çatdırıb. 29 yaşlı orta sahə oyunçusu ilə daha çox MLS klubları maraqlanır.

Qeyd edək ki, Leon Qoretska ötən mövsüm “Bavariya”nın heyətində 30 oyuna çıxıb, 6 qol vurub, 9 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest