20 Avqust 2024, 19:05
FUTBOL
“Milan”ın yay mövsümünə yeni qoşulan futbolçusu Alvaro Morata “rossonerlər”in heyətində debüt edərkən zədələnib.
Matc.az xəbər verir ki, ispaniyalı hücumçu “Torino” ilə oyunda (2:2) əzələsindən zədə alıb və bu səbəbdən ən azı 3 həftə buraxacaq.
İspan futbolçunun meydana qayıtmasının milli komandanın fasiləsindən sonra baş tutacağı gözlənilir.
Xatırladaq ki, “Milan” Moratanı bu yay “Atletiko”dan 13 milyon avroya alıb. İspan forvard “rossonerlər” ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.