Bu gün Çempionlar Liqasının 2024/25 mövsümünün pley-off mərhələsi başlayır və gələn həftə turnirin əsas mərhələsində iştirak edəcək 36 iştirakçıların hamısı müəyyənləşəcək.
Bu gün Çempionlar Liqasının 2024/25 mövsümünün pley-off mərhələsi başlayır və gələn həftə turnirin əsas mərhələsində iştirak edəcək 36 iştirakçıların hamısı müəyyənləşəcək.
Matc.az xəbər verir ki, bu mövsüm Çempionlar Liqası tamamilə yeni formatda keçiriləcək. 36 komandanın hamısı qrup mərhələsi əvəzinə vahid liqada mübarizə aparacaq. Hər komanda 8 fərqli rəqiblə 8 oyun keçirəcək.
Bu format püşkatma prosesini xeyli çətinləşdirir. Ona görə də, yeni mövsümdə püşkatma ənənəvi formada deyil, “AE Live” tərəfindən təqdim olunan xüsusi kompüter proqramından istifadə etməklə həyata keçiriləcək. Bu gün isə UEFA püşkatmanın necə keçiriləcəyini göstərən video yayımlayıb.
Qeyd edək ki, Çempionlar Liqasının püşkatma mərasimi avqustun 29-da keçiriləcək.