Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Sergey Yakiroviç “Qarabağ”a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında iştirak edib.

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun baş məşqçisi Sergey Yakiroviç “Qarabağ”a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, 47 yaşlı mütəxəssis 3:0 hesabı ilə qazanılan qələbəni şərh edib:

“Futbolçularımı təbrik edirəm. Qarşılaşmanı yüksək səviyyədə keçirdik. Lakin rəqibimiz heç də zəif deyildi. “Qarabağ”la bağlı matçdan əvvəl dediklərim bu görüşdə öz təsdiqini tapdı. Biz hesabda 1:0 öndə olarkən rəqib üstünlüyü ələ almışdı. Rəqib komanda imkan tapanda çox yaxşı oyun sərgiləyir. 60-cı dəqiqəyə qədər müdafiədə boşluqlar verirdik. Lakin sonradan ərazi üstünlüyü yenidən bizə keçdi. Hətta, qarşılaşmanın son anlarında bir neçə dəfə qol imkanını boşa verdik”.

Qeyd edək ki, “Qarabağ” və “Dinamo” komandaları arasında cavab qarşılaşması avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest