“Çelsi”nin futbolçusu Konor Qallagerin “Atletiko”ya keçidi rəsmiləşib. Matc.az xəbər verir ki, bu barədə rəsmi məlumatı Madrid klubu yayıb.

24 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün “Atletiko” ingilislərə 42 milyon avro ödəməli olub.

Qeyd edək ki, Qallager İngiltərə Premyer Liqasının ötən mövsümündə 37 oyunda 5 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest