21 Avqust 2024, 15:30
FUTBOL
Yayda “Araz-Naxçıvan”dan ayrılan Mohammed Kadirinin yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, 28 yaşlı futbolçu karyerasını Hindistanda davam etdirəcək.
Qanalı yarımmüdafiəçi “Mohammedan” klubu ilə anlaşıb. Kadiri 1-ci liqa təmsilçisi ilə 1 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, M.Kadiri 2023/2024 mövsümündə "Araz-Naxçıvan"ın formasını geyinib.