"Yuventus" klubu futbolçusu Daniele Ruqanini icarəyə göndərib. Matc.az xəbər verir ki, bu barədə məlumatı Turin klubu yayıb.

Bildirilib ki, 30 yaşlı müdafiəçi karyerasını “Ayaks”da davam etdirəcək. O, bir mövsüm icarə əsasında Niderland təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Ruqani 2013-cü ildən "Yuventus"un əsas komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest