21 Avqust 2024, 17:17
FUTBOL
“Çelsi" Joau Feliksin transferini rəsmən açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
"Zadəganlar" portuqaliyalı hücumçu ilə 5 illik müqaviləyə qol çəkiblər.
Qeyd edək ki, Feliks 2023/2024 mövsümünü icarə əsasında "Barselona"da keçirib. O, kataloniyalıların heyətində 44 oyunda 10 qola imza atıb.