“Napoli” “Çelsi”nin hücumçusu Romelu Lukakudan əl çəkmir. Matc.az xəbər verir ki, İtaliya təmsilçisi bu transferin reallaşacağına inanır.

Artıq 31 yaşlı forvardla şəxsi razılıq əldə edilib. “Çelsi” rəhbərliyi ilə də ortaq məxrəcə gəlmək mümkün olsa, Lukaku yeni klubu ilə 2027-ci ilədək nəzərdə tutulan müqavilə imzalayacaq.

Belçikalı hücumçunun “Napoli”yə transferinin dəyəri 30 milyon avronu keçə bilər.

Qeyd edək ki, Lukaku ötən mövsümü icarə əsasında “Roma”da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest