21 Avqust 2024, 19:28
FUTBOL
“Napoli” “Benfika”nın braziliyalı vinger David Neresin transferini rəsmən açıqlayıb.
Matc.az xəbər verir ki, 27 yaşlı futbolçunun transferi “Napoli”yə 30 milyon avroya başa gəlib.
Neres İtaliya klubu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb və daha bir mövsüm uzadılması ehtimalı var.
Qeyd edək ki, ötən mövsüm Neres “Benfika”"nın heyətində bütün turnirlərdə 35 matçda 5 qol vurub, 10 məhsuldar ötürmə edib.