21 Avqust 2024, 22:30
FUTBOL
“Vilyarreal” “Bazel”in futbolçusu Tierno Barrini transfer etməklə mərkəz hücumçusu mövqeyini gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
“Sualtı qayıqlılar” Fransa və Qvineya pasportu olan 22 yaşlı futbolçu üçün 14 milyon avro ödəyib. Barri ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Tierno Barri “Bazel”in heyətində 41 matça çıxıb, 20 qol vurub və 5 məhsuldar ötürmə edib.