UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Matc.az xəbərə verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
"Başakşəhər" doğma meydanda "Sabaı"ı mübarizədən kənarlaşdıran İrlandiya təmsilçisi "Sent Patriks”lə qarşılaşıb. Türkiyə klubu 2:0 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
Günün digər qarşılaşmasında isə Belçikanın "Gent" klubu Serbiya "Partizan"ını 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, pley-off mərhələsi avqustun 29-u başa çatacaq.
Konfrans Liqası
Pley-off
28 avqust
20:00. "Gent" – "Partizan" - 1:0
Qol: Knieper, 88
(İlk oyun – 1:0)
20:00. "Başakşəhər" – "Sent Patriks" - 2:0
Qollar: Şahiner, 64, Kemen, 82
Qırmızı vərəqə: Bolqer, 81 ("Sent Patriks")
(İlk oyun – 0:0)