"Atalanta"nın yarımmüdafiəçisi Tyen Kopmayners rəsmi olaraq "Yuventus"a keçib.

Matc.az xəbər verir ki, niderlandlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Turin klubu 26 yaşlı yarımmüdafiəçi üçün 51,3 milyon avro ödəyib.

Qeyd edək ki, ötən mövsüm Kopmayners bütün yarışlarda 51 matçda iştirak edib, 15 qol vurub və 7 məhsuldar ötürmə edib. Ümumilikdə yarımmüdafiəçi meydanda 3924 dəqiqə keçirib. Futbolçunun "Atalanta" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 50 milyon avrodur.

"Yuventus" İtaliya çempionatının iki turundan sonra 6 xalla birinci yerdədir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest