Bu gün "Zirə" Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
Matc.az xəbər verir ki, təmsilçimiz doğma meydanda Kiprin "Omoniya" klubu ilə üz-üzə gəlib.
"Liv Bona Dea Arena"da baş tutan qarşılaşmada "Zirə" minimal hesablı qələbə qazanıb. Lakin iki oyunun nəticəsinə əsasən təmsilçimiz Konfrans Liqası ilə vidalaşmalı olub.
Qeyd edək ki, Nikosiyadakı "GSP Arena"da keçirilən ilk oyunda təmsilçimiz 6 cavabsız qolla məğlub olub.
Konfrans Liqası
Pley-off, cavab oyun
29 avqust
"Zirə" – "Omoniya" - 1:0
Qol: Rafael Utsiq, 79
Hakimlər: Raymond Tatrix, Artur Şakurov, Aleksandr Anufriyev
"Liv Bona Dea Arena"
"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsinzi, 4. Ruan Renato, 7. Məqsəd İsayev, 15. Pyer Zebli, 29. Ceyhun Nuriyev, 6. Eldar Quliyev, 90. Davit Volkov, 19. Salifu Suma, 23. Rafael Utsiq
Ehtiyat oyunçular: 15. Aydın Bayramov, 99. Səlim Həşimov, 5. Stefan Aka, 10. Giorgi Papunaşvili, 11. Rüstəm Əhmədzadə, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 28. Abbas İbrahim
"Omoniya": 40. Fabiano (k), 24. Amin Xammas, 4. Filip Helander, 5. Senu Kulibali, 2. Alfa Dinku, 11. Evandro, 20. Mateo Mariç, 80. Novika Erakoviç, 21. Veliko Simiç, 10. Ömər Atzili, 9. Andronikos Kakulli
Ehtiyat oyunçular: 23. Frankis Uzoho, 98. Karalambos Kriakidis, 7. Villi Semedo, 14. Marius Ştepinski, 17. Yoannis Masuras, 22. Adam Lanq, 31. Yoannis Kosulos, 33. Mateus Musialovski, 74. Panagiotis Andreu, 81. Andreas Nikolao, 85. Anxelos Nofitu, 99. Alium Sayduu