"Yenə də üzərində işləməli olduğumuz məqamlar var. Yoldaşlıq oyunları da məhz bunun üçündür ki, hansı detal üzərində işləməli olduğunu görə biləsən".
"Yoldaşlıq oyunu idi. Əlbəttə ki, nəticə olaraq razı qaldım”. Matc.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze deyib.
I Liqada çıxış edəcək “qırmızı-qaralar” 2024/25 mövsümünə hazırlıq çərçivəsində “Cəbrayıl”la yoxlama oyunu keçiriblər. Sxadadze komandasının 4:1 hesabı ilə qalib gəldiyi matçla bağlı fikirlərini bölüşüb.
Klubun rəsmi saytına açıqlama verən gürcüstanlı mütəxəssis bunları əlavə edib: “Meydança amilinin bizə çətinlik yaradacağını bilirdik. Buna baxmayaraq, öhdəsindən gəlməyi bacardıq, meydanda istədiyimi görə bildim. Lakin yenə də üzərində işləməli olduğumuz məqamlar var. Yoldaşlıq oyunları da məhz bunun üçündür ki, hansı detal üzərində işləməli olduğunu görə biləsən. Nəticə etibarilə komandamdan razı qaldım, hər şey istədiyimiz kimi oldu".