29 Avqust 2024, 12:55
FUTBOL
"Kəpəz" klubunda ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, Misli Premyer Liqasının cari mövsümündə keçirdiyi hər 4 oyunda məğlub olan Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov postunu tərk edib.
Bu barədə saytımıza açıqlamasında mütəxəssis özü məlumat verib. O, öz qərarı ilə istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, Adil Şükürov “Kəpəz”ə ötən mövsümün əvvəlində Azər Məmmədovun yerinə gətirilmişdi.