İspaniyalı qapıçı Kepa Arrizabalaqanın cari mövsümü hansı klubda keçirəcəyi bəlli olub. Matc.az xəbər verir ki, "Çelsi" qapıçısı sezonun sonunadək icarə əsasında "Bornmut"un formasını geyinəcək.

Bu barədə "Bornmut"un saytı məlumat yayıb.

Qeyd edək ki, "Çelsi" ilə 2025-ci ilin iyun ayının sonunadək müqaviləsi olan Kepa ötən mövsümü icarə əsasında "Real"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest