“Barselona” bu yay böyük transfer edə bilməyəcək. Matc.az xəbər verir ki, Kataloniya klubu “Atletik”in vingeri Niko Uilyams və ya “Milan”ın hücumçusu Rafael Leunu almaq fikrində deyil.

İspaniya nəhəngi “Nike” ilə əməkdaşlıq müqaviləsini, demək olar ki, başa çatdırıb. Lakin bu, sentyabrın əvvəlində elan olunacaq. Bu səbəbdən rəhbərlik transferlər edə bilməyəcək. Çünki müqavilə daha əvvəl elan olunsaydı, bu, maliyyə feyr-pleyinə əməl etməyə imkan verəcəkdi. Kubun transfer fəaliyyəti qışa qədər təxirə salınıb.

Qeyd edək ki, “Barselona” son olaraq yetirməsi Dani Olmonu heyətinə qatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest