29 Avqust 2024, 18:28
FUTBOL
İtaliyanın "Sampdoriya" klubu baş məşqçisi Andrea Pirlonu istefaya göndərib.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
B Seriyasının III turunda "Salernitana"ya məğlubiyyətdən sonra klub rəhbərliyi bu qərarı verib.
Qeyd edək ki, ötən mövsüm "Sampdoriya" çempionatı 55 xalla 7-ci pillədə başa vurub.