"Monako"nun mərkəz müdafiəçisi Gilyermo Maripan İtaliyanın "Torino" klubuna keçib.

Matc.az xəbər verir ki, müqavilə 2026-cı il iyunun 30-dək imzalayıb. Həmçinin müqavilədə daha bir mövsüm uzadılması maddəsi də var.

Qeyd edək ki, 30 yaşlı çilili futbolçu 2019-cu ilin yayından "Monako"nun rənglərini qoruyur. O, 150 matçda iştirak edib və 13 qola imza atıb. Futbolçunun transfer dəyəri 10 milyon avro olaraq qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest