Slovakiya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Estoniya və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.
Slovakiya yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda Estoniya və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.
Matc.az xəbər verir ki, baş məşqçi Françesko Kaltsona C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Tallində Estoniya, 8-də isə Koşitsedə Azərbaycan milli komandasına qarşı baş tutacaq matçlara 27 futbolçu dəvət edib.
Qapıçılar: Martin Dúbravka, Marek Rodák, Henrich Ravas;
Müdafiəçilər: Peter Pekarík, Michal Tomič, Norbert Gyömbér, Denis Vavro, Ľubomír Šatka, Milan Škriniar, Adam Obert, Dávid Hancko, Samuel Kozlovský;
Yarımmüdafiəçilər: Stanislav Lobotka, Peter Pokorný, Juraj Kucka, Ondrej Duda, László Bénes, Tomáš Rigo, Matúš Bero;
Hücumçular: Lukáš Haraslín, Dávid Ďuriš, Leo Sauer, Ľubomír Tupta, Ivan Schranz, Tomáš Suslov, David Strelec, Róbert Boženík.
Qeyd edək ki, Slovakiya - Azərbaycan qarşılaşması sentyabrın 8-də, Bakı vaxtı ilə saat 20:00-da Koşitse Futbol Arenasında keçiriləcək.