29 Avqust 2024, 22:18
FUTBOL
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri mükafatına layiq görülüb.
Səudiyyə Ərəbistanı "Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri mükafatına layiq görülüb.
Matc.az xəbər verir ki, Ronaldoya mükafatı UEFA prezidenti Aleksandr Çeferin təqdim edib.
Qeyd edək ki, Kristiano Ronaldo Çempionlar Liqasında 183 oyun keçirib, 140 qol vurub.
Siyahıda ikinci yerdə Lionel Messi qərarlaşıb. O, Ronaldodan 11 top geri qalır. Robert Levandovski isə Kriştianodan 46 qol az olmaqla üçüncü yerdədir.