30 Avqust 2024, 01:49
FUTBOL
UEFA Avropa Liqası pley-off qarşılaşmasının cavab oyununda "Beşiktaş" doğma meydanda "Luqano"nu qəbul edib.
Matc.az xəbər verir ki, ilk görüşdə səfərdə 3:3 hesablı heç-heçəyə razılaşan İstanbul klubu cavab qarşılaşmasında rəqibinə şans verməyib.
"Ağ-qaralar" İmmobilin dublu, Fernandeş, Rafa Silva və Salih Uçanın qolları ilə rəqibini darmadağın edib – 5:1.
"Beşiktaş" bu nəticə ilə "Qalatasaray" və "Fənərbaxça"dan sonra Türkiyəni Avropa Liqasında təmsil edən üçüncü komanda olub.