Ukraynalı futbolçu Zurab Oçiqava ilə əməkdaşlığa son qoyulub.

I Liqada çıxış edəcək “Qəbələ” klubunda ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, bu barədə məlumat bölgə təmsilçisinin rəsmi saytında yayılıb.

Qeyd olunub ki, komandanın ukraynalı futbolçusu Zurab Oçiqava ilə əməkdaşlığa son qoyulub. 29 yaşlı müdafiəçi ilə sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Zurab Oçiqava 2023-ci ilin iyulundan “Qəbələ”nin formasını geyinirdi. O, “qırmızı-qaralar”da ümumilikdə 24 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest